Son 5 ildə Goranboyda 24 məktəb binası inşa edilib, 8 məktəb binası isə əsaslı şəkildə təmir olunub. Hazırda bir neçə təhsil ocağı üçün yeni binaların tikintisi sürətlə davam etdirilir. Bu rəqəmlər rayonun Goran qəsəbəsində inşa edilmiş 180 şagird yerlik yeni məktəb binasının açılış mərasimində səsləndirilib. Qeyd olunub ki, dövlətimizin başçısının təhsilə, gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hər il Goranboyda bir neçə məktəb binası tikilərək istifadəyə verilir.
Mərasimdə müəllimlər, qəsəbə sakinləri çıxış edərək yetişməkdə olan nəslin biliklərə yiyələnməsi üçün belə bir gözəl şəraiti yaradan dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Rəmzi lent kəsildikdən sonra yeni mərasim iştirakçıları məktəb binasına baxıblar. Geniş və işıqlı sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, müasir standartlara cavab verən idman zalı iştirakçılarda xoş təəssürat yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB