Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) məktəb direktorlarının iştirakı ilə müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi ilə əlaqədar növbəti iclas keçirilmişdir.
BŞTİ-dən bildirmişlər ki, iclasda bu qurumun nümayəndələri tərəfindən sınaq qiymətləndirilməsində iştirak etmək üçün dövlət ümumtəhsil məktəblərinin hər bir müəlliminin adına hazırlanmış buraxılış vərəqəsi barədə ətraflı məlumat verilmişdir.
İclasdan sonra buraxılış vərəqələri müəllimlərə çatdırılması üçün məktəblərin direktorlarına verilmişdir.
Buraxılış vərəqələrində qiymətləndirilmədə iştirak edən müəllimin adı, atasının adı, soyadı, ixtisası, rayon, məktəb kodları, iş nömrəsi, qiymətləndirilmənin tarixi və keçirildiyi yer qeyd edilmişdir.
Sınaq qiymətləndirilməsi zamanı müəllimlər həm buraxılış vərəqəsini, həm də şəxsiyyəti təsdiq edən sənədi özləri ilə götürməlidirlər. İştirakçı müəllimin qiymətləndirilmə mərkəzinə buraxılış vərəqəsində göstərilən saatdan 1 saat 30 dəqiqə əvvəl gəlməsi vacibdir. Qiymətləndirilmə başladıqdan 30 dəqiqə sonra gələn müəllim zala buraxılmayacaqdır. Qiymətləndirilmə 2 saat 30 dəqiqə davam edəcəkdir.
Bakı şəhəri üzrə məktəblərin müəllimlərinin sınaq qiymətləndirilməsi bu il iyunun 10 –dan 13-dək aparılacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB