Təhsil Nazirliyi, ARDNŞ və “Azərsu” arasında memorandum imzalanıb
Bu gün Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan təhsil naziri Mikayıl Cabbarov imzalanacaq memorandumların əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, memorandumların imzalanması Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına töhfə vermək, regionların sosial iqtisadi inkişafi Dövlət Proqramına müvafiq olaraq əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı sisteminin təkmilləşdirilməsini və işəgöturən təşkilatlarla əlaqələrin möhkəmləndirilməsini təmin etmək məqsədlərinə xidmət edir: "Memorandumlarda peşə təşkili üzrə təhsil verənlərin və təhsil alanların bilik və bacarıqlarının artırılması, onların elmi texniki yeniliklərə yiyələnməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsini və peşə təhsili sisteminin ictimai statusunun yüksəldilməsi məsələləri əksini tapıb. Həmçinin memorandumda ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri üçün istehsalat təcrübəsinin təşkili, onların ödənişli yay təcrübəsi proqramına qəbul etməsi, ilk peşə ixtisas təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyət üçün müvafiq treninqlərin keçirilməsi məsələləri də nəzərdə tutulub".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB