TQDK qəbul proqramında dəyişiklik edib DİQQƏT

TQDK qəbul proqramında dəyişiklik edib DİQQƏT

6, 7, 9, 20, 21, 26 və 29 saylı proqramlar üzrə müsabiqə vəziyyəti və qəbul planı nəzərə alınaraq müsabiqə şərtlərində dəyişiklik edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SİA-ya verilən məlumata görə, bu proqramlar üzrə ixtisaslaşma seçimində iştirak etmək üçün bakalavrların imtahanın ikinci mərhələsindəki nəticələrinə qoyulan minimal tələb dövlət sifarişli yerlər üçün 20, ödənişli yerlər üçün isə 15 bala endirilib, ümumi bala qoyulan tələblər dəyişməyib.

Məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün ixtisaslaşma seçimi internet vasitəsi ilə cari ilin iyunun 27-dən 30-dək aparılacaq. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının 23 iyun 2013-cü il tarixində keçirilmiş ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına 2013-cü il iyunun 27-də və 28-də yalnız şəxsən şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə