"Təhsil müəssisələrində hərbi dərslərin keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb". SİA-nın verdiyi xəbərə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə verdiyi açıqlamasında bildirib. Nazir qeyd edib ki, ölkənin təhsil müəssisələrində hərbi dərslərin keçirilməsi ilə bağlı qərar vaxtında və zamanında verilib: "Hər kəs bilməlidir ki, ölkə ərazisinin 20 faizi işğal olunub. Bu əraziləri də biz özümüz qaytarmalıyıq. Bu baxımdan bütün təhsil müəssisələrində hərbi hazırlıqla bağlı təlimlərin keçirilməsinə böyük ehtiyac var. Orta məktəblərdə gənclər yetişir. Onların hərbi hazırlığının yaxşılaşdırılması üçün əlimizdən gələni etməliyik. Hökumətin bu qərarı bizi bu işə daha məsuliyyətlə yanaşmağa sövq edir. Bununla bağlı tədbirlər planı hazırlanıb, yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB