Bir neçə gün öncə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Rafael Məhəmməd oğlu Zülfüqarlının şikayəti nəticəsində KİV-in birində adı çəkilən tələbənin bakalavr təhsilinin bitirməsilə əlaqədar olaraq diplomunu almasında problem yaşanmasılə bağlı yazı dərc olunub. Dərc olunan yazı ilə əlaqədar Təhsil Nazirliyi araşdırma aparıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, Moskva Dövlət Açıq Universitetinin (MDAU) Bakı filialının fəaliyyəti dayandırıldığı üçün bu filialda təhsil alan tələbələr ərizələri əsasında müxtəlif ali məktəblərə yerləşdiriliblər.
Filialın tələbəsi Rafael Məhəmməd oğlu Zülfüqarlı da Təhsil Nazirliyinin razılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülüb və 2011/2012-ci tədris ilində tədris planında nəzərdə tutulanları tam yerinə yetirdiyi və buraxılış yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçdiyi üçün ali məktəbi bitirib. Lakin diplom vermə ərəfəsində şəxsi işi araşdırılan zaman məlum olub ki, ona MDAU-nun Bakı filialı tərəfindən verilən akademik arayış mövcud qaydada leqallaşdırılmayıb və bu səbəbdən sənədləri tam qaydasına salınana qədər ona diplom verilməsi gecikdirilib. 29.11.2012-ci il tarixdə R.Zülfüqarlının mövcud qaydada leqallaşdırılmış akademik arayışının surəti Nazirliyə təqdim edilmiş və onun adına B № 254193 saylı diplom blankı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB