"Hər bir şagird dərsə məktəbli formasında gəlməlidir". SİA- nın xəbərinə görə, jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov belə deyib.
Nazir qeyd edib ki, hazırda məktəblərdə vahid məktəbli geyimi tətbiq olunur və hər bir şagird buna əməl etməlidir: "Valideynlərə müraciətim odur ki, hökumətin qoyduğu qərarlara əməl etsinlər və övladlarını məktəbə yalnız vahid məktəbli geyimində göndərsinlər. Təsdiq olunan məktəbli forması var və şagirdlər də ona uyğun dərsə gəlməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB