Keçmiş direktorun yazdıqları qərəzlidir

Keçmiş direktorun yazdıqları qərəzlidir

"Azadlıq" qəzetinin 30 oktyabr 2012-ci il tarixli sayında "Şöbə müdiri ilə direktor arasında qalmaqal, yaxud Gədəbəyin təhsil sahəsinə rəhbərlik edən Ramiz Məmmədovun "Yaş senzi" əməliyyatı" başlıqlı yazı dərc olunub. SİA-nın verdiyi məlumata görə, həm adıçəkilən qəzetə, həm də digər kütləvi informasiya vasitələrinə müraciət edən Gədəbəy şəhər sakini Əzizə Rüstəmova Rayon Təhsil şöbəsinin müdiri Ramiz Məmmədovun qanunsuz hərəkətlərə yol verməsini qeyd edib. O, eyni zamanda İlham Əliyev adına Gədəbəy şəhər 1 saylı tam orta məktəbin direktorluğundan qeyri-qanunu azad olmasını göstərib.

Əzizə Rüstəmova 1996-cı ildən 2002-ci ilədək rayonun geridə qalmış Arıqdam kənd orta məktəbində direktor işlədiyini, həmin məktəbdə gözəl ab-hava yaratdığını və sairə işlər gördüyünü qeyd edib.

SİA-nın əməkdaşının Gədəbəy Rayon İcra Hakimiyyətindən aldığı məlumatda isə əsl həqiqət üzə çıxıb. Belə ki, Əzizə Rüstəmova həmin məktəbdə direktor işlədiyi zaman yəni 29 noyabr 2001-ci ildə saxtakarlıq edərək özünə II qrup əlillik dərəcəsi düzəltdirib, dövlətdən iş başında xəsarət aldığı bəhanəsi ilə yüksək məbləğdə pul alıb. Əslində isə o, 6 ay ayağının sınması ilə əlaqədar əmək qabiliyyətini itirmək adı ilə müalicədə olduğu halda direktorluq vəzifəsini müavinin adına həvalə edərək məktəbdə bütün sənədləşməni işlərini özü aparıb, ayağı sınıq olduğu halda hər gün məktəbdə olub, keçdiyi dərs saatlarını özü yazıb və digər müəllimlərə əvəzçiliklə pul buraxıb.

2002-ci ildən 2012-ci ilin oktyabr ayına kimi 1 saylı şəhər tam orta məktəbdə direktor vəzifəsində işləyib. İşlədiyi müddətdə məktəbin müəlliməsi Məmmədova Kəmalə Vəli qızını 28 sentyabr 2006-cı il tarixdə şagirdlərin gözü qarşısında döyüb və təhqir edib. Həmin məsələ müəllim kollektivinin uzun müddət mübahisələrinə və narazılıqlarına səbəb olub. Eyni zamanda Ə.Rüstəmova direktor işlədiyi dövrdə heç bir pedaqoji təhsili olmayan kürəkəni Abbas Məmmədovu məktəbə bədən tərbiyyəsi müəllimi kimi işə götürüb. Onun direktor işlədiyi müddətdə şagirdlərin dərsə davamiyyəti zəif olmaqla, əmək fəaliyyəti o, qədərdə müsbət xarakterizə olunmur.

Bütün bunlarla yanaşı Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən Ə. Rüstəmovanın 65 yaşı tamam olduğuna görə, Təhsil Nazirliyinin 08 oktyabr 2012-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilib.

Ə.Rüstəmova müraciətində göstərir ki, O, rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul olunmur. Lakin O, vurduğu teleqramlar və müraciətlərlə əlaqədar telefon əlaqəsi ilə qəbula dəvət olunub. Hazırda Əzizə Rüstəmova Bakı şəhərində olduğunu bəhanə gətirərək qəbula gəlməyib. Onu da bildiririk ki, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının qəbulu hər həftənin beşinci günü olmaqla rayonda fəaliyyət göstərən idarə, müəssisə və hüquq mühafizə orqanlarının iştirakı ilə keçirilir. Onun müraciətində göstərilən faktlar böhtan xarakterlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə