Kaspi Təhsil Mərkəzi 2007-ci ildə 2 şöbə-xarici dil və kompüter kursu şöbələri ilə fəaliyyətə başlayıb. SİA-nın xəbərinə görə, "Kaspi" Təhsil Mərkəzinin təsisçisi və "Kaspi" Təhsil Şurasının sədri Sona Vəliyeva "Jurnalistlər üçün ingilis dili kursları"nı keçən jurnalistlərə sertifikatların verilmə mərasimində deyib. O bildirib ki, sonradan ictimaiyyət tərəfindən olan maraq və etimad mərkəzin fəaliyyətinin genişləndirilməsini zəruri edib. S.Vəliyeva vurğulayıb ki, növbəti illərdə mərkəzin fəaliyyəti genişlənərək "Xaricdə təhsil", "Abituriyent" və digər şöbələr açılıb.
"Mərkəzdə yaradılan "Abituriyent" şöbəsində bu günə kimi 1000-dən artıq gənc təhsil alıb. Onların çoxu qəbul imtahanlarında yüksək bal toplayaraq respublikanın ali məktəblərinə qəbul olublar. "Xaricdə təhsil" bölməsində isə 1000-dən artıq gənc müxtəlif dərəcəli təhsil alıb. Belə ki, bu günə kimi 1100-dən artıq tələbə xarici ölkə universitetlərinin bakalavr və ya magistratura səviyyəsində oxumağa göndərilib. Bu gün mərkəzin dünyanın 154 ölkəsinin təhsil ocaqları ilə əməkdaşlıq əlaqələri var və bunun gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur. Kaspi Kids isə 3-4 yaşlı uşaqların savadlanmasını, məktəbə hazırlıqlarını həyata keçirir. Bütövlükdə isə Kaspi Təhsil Mərkəzinin fəaliyyəti Azərbaycan gənclərinin düzgün yetişməsi və formalaşmasına xidmət edir. Bugünə kimi mərkəzdə təhsil alan 24 mindən artıq gənc müxtəlif peşə, dil və digər kurslarda biliklərə yiyələniblər. Mərkəzdə oxuyan 20 min civarında gənc isə həm ölkə, həm də xarici ölkə universitetlərinin bakalavr və magistr səviyyələrində təhsillərini davam etdiriblər", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB