2012-2013-cü dərs ilində respublika üzrə ümumilikdə 43588 yerlik 162 yeni orta məktəb şagirdlərin istifadəsinə veriləcək. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, bunlarla yanaşı, 103 məktəb əsaslı təmir edilib, 21 məktəb üçün 5104 şagird yerlik əlavə korpuslar inşa olunub.
Onu da qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 16640 şagird yerlik 45 yeni orta məktəb tikilib. Həmçinin, 3 təhsil müəssisəsi üçün 960 şagird yerlik əlavə korpuslar inşa edilib və 15 məktəbdə əsaslı təmir işləri aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB