Bugün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Koreyanın ölkəmizdəki səfiri Li Ci Hanı qəbul edib. SİA-nın xəbərinə görə, səfirə universitet haqqında məlumat verən rektor, onun beynəlxalq əlaqələrindən, proqram və qrant layihələrində iştirakından danışıb. Azərbaycan-Koreya münasibətlərindən bəhs edən rektor 2007-ci ildən universitetdə Koreyadili və ədəbiyyat ixtisasının tədris olunduğunu diqqətə çatdırıb. Həmin ixtisasda 38 nəfər tələbənin təhsil aldığını deyən rektor, onlardan 8 nəfərinin bu il məzun olduğunu bildirib. O da məlum olub ki, 3 nəfər məzun Koreya universitetlərinin magistratura şöbələrinə daxil olub. Dərs yerli müəllimlərlə yanaşı, Koreyadan gələn 3 müəllim tərəfindən tədris edilir.
Səfir Li Ci Ha da öz növbəsində Koreya-Azərbaycan münasibətlərindən məmnunluq ifadə edib, əlaqələrin təhsil sahəsini əhatə etməsini isə xüsusilə qeyd edib. Səfir bildirib ki, Koreyada 76 azərbaycanlı, Azərbaycanda isə 26 koreyalı tələbə təhsil alır. Görüşdə universitetin Koreya Mərkəzinin bərpa işlərindən də danışılıb. Məlum olub ki, mərkəzin bərpa işlərindən sonra açılışı yaxın günlərə planlaşdırılır.
Sonra səfir universitetlə tanış olub, elmi-tədqiqat laboratoriyalarına baş çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB