BDU ilə Radiasiya Problemləri İnstitutu arasında anlaşma memorandumu imzalanıb
Bu gün Bakı Dövlət Universiteti ilə AMEA-nın Radiasiya Problemləri İnstitutu arasında anlaşma memorandumu imzalanıb. SİA-nın xəbərinə görə, memorandumu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov imzalayıblar. Akademik Abel Məhərrəmov memorandumun əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin iqtisadi rotensialı intellekt karitalına çevirmək istiaqmətində qarşıya qoyduğu vəzifələrdən bəhs edən rektor dünyada eneryi ölkəsi kimi tanınan Azərbaycanın yaxın gələcəkdə nüvə ölkəsi olması istiqamətində atılan addımlardan da söz açıb. Bu baxımdan imzalanacaq memorandumun rolunun xüsusi olacağını qeyd edib.
AMEA-nın müxbir üzvü Adil Qəribov Radiasiya Problemləri İnstitutunun fəaliyyətindən, MAQATE ilə işbirliyindən danışıb. O memorandumun kağız üzərində qalmayacağını və BDU-nun rotensialından yararlanaraq daha mühüm işlər görüləcəyinə ümid etdiyini bildirib. İmzalanmış memorandumda tərəflər bir sıra prinsiplər haqqında razılığa gəliblər:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB