Bu il Bakı Ali Neft Məktəbinə qəbul keçiriləcək

Bu il Bakı Ali Neft Məktəbinə qəbul keçiriləcək

Növbəti tədris ili üzrə ali məktəblərə qəbul planında açılması nəzərdə tutulan Bakı Ali Neft Məktəbi üçün də plan yerləri ayrılıb. SİA-nın xəbərinə görə, bunu 2012-2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, növbəti tədris ili üçün qəbul planının layihəsi artıq Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasına təqdim edilib. Ölkə prezidentinin müvafiq sərəncamına uyğun olaraq artıq qəbul planının layihəsini Təhsil Komissiyası təsdiqləyəcək. M. Abbaszadə bu ilki qəbul planında plan yerlərinin ötən ilkinə nisbətən 9,5 faiz çoxaldığını bildirib.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə