Orta məktəblərdə şagirdlərin maliyyə bacarıqları gücləndiriləcək

Orta məktəblərdə şagirdlərin maliyyə bacarıqları gücləndiriləcək

Təhsil Nazirliyi Mərkəzi Bankla birgə yeni layihəyə başlayır. Şagirdlərin maliyyə bacarıqlarının gücləndirilməsinə xidmət edəcək layihə orta məktəb şagirdlərini əhatə edəcək. Bunu SİA-ya Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov deyib. O bildirib ki, bu layihə pilot seçilən bəzi məktəblərdə tətbiq olunacaq. Onun sözlərinə görə, hazırda layihənin icrası üçün ilkin təşkilati işlər aparılır və həyata keçiriləcək tədbirlər müəyyənləşdirilir.

Layihə zamanı şagirdlərdə müasir dövrün maliyyə bacarıqlarının formalaşdırılacağını deyən A.Abbasov vurğulayıb ki, bu istiqamətdə standartlar və dərsliklər gücləndiriləcək, hətta fakültativ proqramlar hazırlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə