Yaponiya Hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində Təhsil Nazirliyində "Bakının 2 saylı peşə məktəbində çilingər və dülgər kursları üzrə peşə təhsilli şəraitin yaxşılaşdırılması" layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Şuşuke Vatanabe və təhsil naziri Misir Mərdanov iştirak edib. Müqaviləyə Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe və "Azərbaycan Gənc Maarifçilər" təşkilatının sədri Ruhiyyə Aslanova imza atıb.
Layihənin əsas məqsədi Bakıdakı 2 nömrəli peşə liseyində çilingər və dülgər kurslarında təhsil şəraitini yaxşılaşdırmaq üçün emalatxananı təmir və avadanlıqlarla təchiz etməkdir. Layihədən 140 şagird və 40 pedaqoji heyət faydalanacaq. Yaponiya hökuməti layihə üçün 99990 dollar ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB