464 tələbə pedaqoji təcrübə keçdi

464 tələbə pedaqoji təcrübə keçdi

Azərbaycan Dillər Universitetində (ADU) 1 və 2 saylı İngilis dili, Alman və Fransız dili fakültələrinin IV kurs tələbələrin pedaqoji təcrübəsinin başlanmasına həsr olunan konfrans keçirilib. Konfransda 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev və ADU-nun Pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev iştirak edib.

Konfransda çıxış edən 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev pedaqoji təcrübənin tələbələrin həyatlarında vacib rol oynadığını bildirib. Daha sonra çıxış edən ADU-nun pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev tələbələrin əvvəl olduqları məktəblərdə təcrübə keçəcəklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, bəzi qruplarda müəllimlərin bölgüsü dərs yükünə uyğun olaraq aparılıb. Konfrans pedaqoji təcrübə rəhbərinin təcrübəyə təhkim olunan müəllim və tələbələrin siyahısını təqdim etməsi ilə yekunlaşıb.

Qeyd edək ki, 2011-2012 tədris ilində ADU-nun 464 tələbəsi Bakının 26 məktəbində pedaqoji təcrübə keçəcək. Təcrübə oktyabrın 1-dən noyabrın 5-dək davam edəcək və təcrübənin yekunlarına dair konfrans da həmin tarixdə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə