Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyəti müqayisə olunub
Səhiyyə Nazirliyində beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, dəyirmi masada Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyəti müqayisə olunub, ölkədə səhiyyənin inkişafında beynəlxalq təşkilatların rolundan danışılıb. Bundan əlavə, müstəqillik illərində 400-dən artıq yeni tibb müəssisə açılması, xəstəxanaların əsaslı təmirdən çıxması, bu sahəyə ayrılan vəsaitin dəfələrlə artırılması haqqında tədbir iştirakçılarına məlumat verilib. Bütün bu irəliləyişlərin prezident İlham Əliyevin diqqət və qayğısı ilə mümkün olduğu və qazanılan nailiyyətlərin əksəriyyətinin müstəqillik dövrü ilə bağlı olduğu bildirilib.
Sonra ÜST, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin Uşaq Fondu və digər beynəlxalq təşkilatların Bakıdakı nümayəndələri ölkəmizdə yoluxucu xəstəliklərlə bağlı həyata keçirdikləri layihələr barədə tədbir iştirakçılarına məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB