Nərminə Alnağıyeva: “1173 məktəbəqədər müəssisənin əsaslı təmirə ehtiyacı var, 297 bağça isə qəza vəziyyətindədir” - MÜSAHİBƏ

Nərminə Alnağıyeva: “1173 məktəbəqədər müəssisənin əsaslı təmirə ehtiyacı var, 297 bağça isə qəza vəziyyətindədir” - MÜSAHİBƏ

Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyevanın SİA-ya müsahibəsi

- Ümumiyyətlə, bu gün Azərbaycanda nə qədər təhsil müəssisəsi var və oraya neçə 5 yaşlı uşaqlar cəlb olunub?

- Bu gün Respublikada 112892 uşağı əhatə edən 1638 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Son vaxtlar 5 yaşlıların məsələsi aktual bir məsələyə çevrilib. Bu baxımdan da bizim müəssisələrdə məktəbə hazırlıq qruplarının sayı günü-gündən artır. Sonuncu məlumata görə, Bakı şəhəri üzrə 9646 uşaq məktəbə hazırlığı məhz məktəbəqədər müəssisələrdə keçərək birinci sinifə gedib. Bağçalarda iş getsə də problemlər də var və davam etməkdədir. Bu problemlər əsasən müəssislərin maddi texniki bazasının zəif olması, bir sıra müəssisələrin ümumiyyətlə əsaslı təmirə ehtiyacı olması, 362 müəssisədə 1768 məcburi köçkün ailələrinin məskunlaşması və digərlərini əhatə edir. Lakin bunu xüsusilə qeyd etmək istəyirəm ki, son illər bu sahəyə dövlət qayğısının da artdığını hiss edirik. Bunun bariz nümunəsi 2007-2010-cu illəri əhatə edən məktəbəqədər təhsilin yerləşməsi proqramıdır. Bu proqram çırçivəsində yeni məktəbəqədər təhsil müəssisə binaları tikilib, əsaslı təmir işləri aparılıb, təlim vəsaitləri hazırlanıb, oyuncaqlar və iman avadanlıqları ilə məktəbəqədər təhsil müəssisələrimiz təhciz edilib. Bu iş bugün də davam etməkdədir. Belə ki, cənab İlham Əliyevin imzaladığı 2011-2013-cü illəri əhatə edən Bakı şəhəri və qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında məktəbəqədər müəssisələrinin inşası, eyni zamanda bərpa gücləndirmə işlərinin aparılması da nəzərdə tutulub. Bununla yanaşı, Nazirlər Kabinetinin avqust ayında imzaladığı müvafiq sərəncamına uyğun olaraq kənd rayonlarında 42 məktəbəqədər müəssisənin əsaslı təmiri nəzərdə tutulub. Təchizata gəlincə isə 5 şəhər və 36 rayon ümumilikdə 96 təhsil müəssisəsi yumşaq və bərk avadanlıqlar, lazım olan başqa avadanlıqlarla da təhciz edilib.

- Hazırda nə qədər məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmir və tikintiyə ehtiyacı var?

Bu gün 1173 məktəbəqədər müəssisənin əsaslı təmirə ehtiyacı var. Bununla yanaşı, 297 məktəbəqədər təhsil müəssisəsi ümumiyyətlə qəza vəziyyətindədir. Ancaq bunu hörmətli prezidentimiz də öz çıxışında qeyd edib ki, "Ümumiyyətlə respublikamızda təmirsiz məktəbəqədər təhsil müəssisəsi qalmayacaq\". Sözsüz ki, bunlar etapla həyat keçirilməlidir. Çox ümid edirik, belə olarsa bizim bütün məktəbəqədər yaşlı uşaqlarımızın məktəbəqədər təhsillə əhatə dairəsi genişlənə bilər və daha çox uşağı cəlb edə bilərik.


- Qaçqın və məcburi köçkünlər nə qədər təhsil müəssisələrində məskunlaşıblar?

- Qaçqın və məcburi köçkünlər 162 məktəbəqədər müəssisədə məskunlaşıblar. Sözsüz ki, bu da məktəbəqədər təhsil müəssisənin tam gücü ilə işləməsinə, pedaqoji prosesin səmərəli qurulmasına mane olur. Ümidvarıq ki, proqramlar işlənir. Məktəbəqədər təhsil müəssisələrindən də bizim soydaşlarımızın köçürülməsi prosesi gedərsə, yeni qrupların açılmasına nail ola bilərik.


- Hər il dövlət və özəl bağçalarıdan əlavə evlərdə və ya digər yerlərdə qanunsuz fəaliyyət göstərən bağçalarda olur. Bəzi valideynlər isə bu bağçalarda qiymətin baha olmasına baxmayaraq, şəraitinin yaxşı olduğuna görə onlara üstünlük verirlər. Ümumiyyətlə, qanunsuz bağçaların yığışdırılması istiqamətində Təhsil Nazirliyi olaraq hansı işlər görülür?

- Sözsüz qanunsuz fəaliyyət göstərən məktəbəqədər müəssisələr haqqında məlumat aldıqda operativ reaksiya veririk. Ən azı ona görə ki, ümumiyyətlə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır. Valideynlər bir şeyi başa düşmürlər ki, bu qanunsuz fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi lisenziya almamış fəaliyyət göstərir. Bağça Təhsil Nazirliyi tərəfindən lisenziya alıbsa, bu artıq təminatdır. Bu, dövlət tərəfindən verilən təminatdır ki, burada sanitar normalar, müvafiq şərait, hər bir şey uşaqların inkişafına xidmət edir. Ona görə də öncə valideyn müəssisə ilə tanış olmalı və lisenziya olub-olmadığına əmin olmalıdır. Belə müəssisələr aşkar etdikdə sözsüz ki, bu barədə lazımi orqanlara xəbər veririk ki, onların fəaliyyəti dayandırılsın.


- Bəlkə də həmin ərazilərdə yaradılan bağçalarda bəzi atraksiyonların, oyuncaqların çox olması valideynləri daha çox cəlb edən tərəflərdir. Bəs, dövlət bağçalarında belə bir şərait yaratmaq mümkündürmü?

- Niyə də yox? Orada təkcə istifadə olunan oyuncaqlardan, atributlardan getmir. Söhbət ondan gedir ki, burada hər bir uşağa savadlı olması ilə ixtisaslı kadrlar məşğul olur. Amma elə bağçalar da təminat verə bilmirik ki, ixtisaslı kadrlardır, ya yox. Uşağın burada sağlamlığı, təhlükəsizliyi, profilaktik tədbirlərin görülməsi əsas şərtlərdən biridir. Ancaq bizim bu gün təmir olunan müəssisələrimiz də hər bir lazımi avadanlıqlarla təmin olunub. Son illər dövlət qayğısının nəticəsidir ki, məktəbəqədər təhsil müəssilərinə diqqət artıb. Bütün lazımi avadanlıqlar məktəbəqədər təhsil müəssisələrinə paylanılır, bu ardıcıl olaraq davam etdirilir və etdiriləcək. Ancaq evlərdə sadəcə olaraq hansısa vizual şəraiti yaradıb, valideyni bununla özünə cəlb etmək o demək deyil ki, orada məktəbəqədər təhsilin səviyyəsi yüksəkdir. Bu hələ sual altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə