"Naxçıvan" Universitetinə yeni rektor təyin edilib

Naxçıvan Muxtar Respublikada yeganə özəl universitet olan "Naxçıvan" Universitetinə yeni rektor təyin edilib.

SİA-nın məlumatına görə, bununla bağlı təsisçi müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu vəzifəyə Kazımov Anar Altay oğlu təyin edilib.

Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışmış A.Kazımov bu gün kollektivə təqdim edilib.

Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.

Məlumatı universitetin Mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, dosent A.Kazımov bu təyinatadək Dövlət İqtisad Universitetində çalışırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə