2023-cü il Gənclər üçün Prezident mükafatçılarından ikisi BDU məzunudur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 11 gəncə 2023-cü il Gənclər üçün Prezident mükafatı verilib. Onlardan 2-si – Kamran Əliyev və Günay İmanzadə Bakı Dövlət Universitetinin (BDU) məzunudur. BDU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Kamran Əliyev 2021-ci ildə BDU-nun Hüquq fakültəsini, Günay İmanzadə isə 2017-ci ildə Kimya ixtisası üzrə (ingilis bölməsi) SABAH qruplarını bitirib.
Məzunlarımızla fəxr edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə