“Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan gənclərdir” - DİM SƏDRİ

“Bu gün ölkə üzrə dövlət qulluğunda çalışanların 18 faizini 30 yaşa qədər olan gənclər təşkil edir. Bu olduqca yaxşı rəqəmdir. 35 yaşa qədər olan çalışanlar isə ümumi ölkə üzrə dövlət qulluğunda çalışanların 36 faizidir”. SİA xəbər verir ki, bu sözləri “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı” nın müzakirəsinə həsr olunmuş tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, gənclərin imtahanlarda müvəffəqiyyətlə iştirak edib, dövlət qulluğunda çalışmaları ölkə üçün uğurludur: “Biz isə istəyirik dövlət qulluğunda çalışan şəxslərin 50 faizini 36 yaşa qədər olan gənclər təşkil etsin. Bu zaman görülən işin effektivliyi də artacaq. Bu bizim gələcək zaman üçün hədəfimizdir. Ümidvaram ki, artıq 3 il sonra bu rəqəmi də əldə edə biləcəyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə