Dövlət qulluğunun inkişafına dair tədbir keçirilir - YENİLƏNİR

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı” nın müzakirəsinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirin məqsədi dövlət orqanlarının kadr qurumlarının dövlət qulluğu sahəsində həyata keçirilən institusional islahatlarda fəal iştirakının təmin edilməsi, dövlət orqanları ilə Mərkəz arasında əməkdaşlığın və təcrübə mübadiləsinin artırılması, habelə Fəaliyyət Planında müəyyən edilmiş tədbirlərin icra vəziyyətinin, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi zamanı yaranan çətinliklər və onların həlli yollarının müzakirə edilməsidir.

Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, dövlət orqanlarından 40-a yaxın nümayəndə, beynəlxalq ekspertlər iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə