Qida Sənayesi Kollecində imtahanların cavabları satılır? - MÜTƏXƏSSİS İRAD BİLDİRDİ

“Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tələbə və valideynlərdən rüşvət alınır, imtahanda cavablar telefon və dəftərlərdən köçürülür”. Bu şikayətlə kollecin hüquqşünası Aynurə Muradova bildirib. Əgər bu baş veribsə, belə hallara qarşı necə mübarizə aparılmalıdır? Burada məsuliyyət kimin üzərindədir? SİA mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Elçin Əfəndinin fikirlərini öyrənib.

Onun sözlərinə görə, əgər belə bir hal varsa, bu qeyri- qanunidir: “Çünki imtahanlar şəffaf və obyektiv keçirilməlidir”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Yəqin ki, burada kimlərsə maddi maraq güdür və sualları öncədən subbakalvrlara təqdim edirlər. Nəticə etibarilə kollecin hüquqşünası dilə gəlib və bu informasiyanı ictimaiyyətə təqdim edir. Burada ciddi araşdırılmaya ehtiyac var.

Mən düşünürəm ki, kollec UNEC-in nəzdindədir və UNEC bu məsələ ilə maraqlanmalıdır. Həmçinin, Elm və Təhsil Nazirliyində konkret ali və orta ixtisas təhsil müəssisələri ilə çalışan şöbə bu istiqamətdə iş aparılmalıdır. Əgər deyilən kimi, qanunvericiliyin tələbi pozulubsa bununla bağlı məsul şəxslər cavab verməlidirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə