Müasir təhsilin inkişafında əsas meyarlar nədir? - ARAŞDIRMA

Bu gün bütün dünyada təhsil sistemi təkmilləşir və yeni təhsil modullarının, təhsil nəticələrinə yönəlmiş texnologiyaların axtarışı aparılır. Müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində strateji prioritetlərdir. İnformasiya texnologiyaları müəllimlərə tədris prosesini keyfiyyətcə yeni səviyyəyə çıxarmağa kömək edir. Beynəlxalq təcrübələr təsdiq edir ki, insan kapitalına, xüsusən də təhsilə, uşaqlıqdan yetkinliyə qədər qoyulan investisiyalar gələcəkdə böyük gəlir gətirir.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Məktəb insan həyatında ən mühüm təhsil müəssisələrindən biridir. Məktəb hər bir şagirdin, kollektivin özünü dərk etməsi üçün şəraitin yaradılması, biliklərin dərindən mənimsənilməsi, uşağın şəxsiyyətinin inkişafı, onun özünütəhsil, özünü təsdiq, özünü ifadə, özünü inkişaf etdirməsində böyük rol oynayır.

Pedaqoji prosesə münasibətdə innovasiya təhsil və tərbiyənin məqsədlərinə, məzmununa, metod və formalarına yeni nəyinsə daxil edilməsi, müəllimlə şagirdin birgə fəaliyyətinin təşkili deməkdir. Əvvəllər müəllim şagirdlər üçün əsas bilik mənbəyi, onların ötürücüsü, tərcüməçisi idi. Bu funksiya bu günə qədər qorunub saxlanılır, lakin o, artıq arxa plana keçir, çünki daha nəhəng informasiya sahələri qarşımızdadır. İndi əməkdaşlıq pedaqogikası ən aktual hala gəlir, burada müəllimə lazımi məlumatların axtarışında məsləhətçi funksiyaları verilir. İnnovativ fəaliyyətin məqsədi ənənəvi sistemlə müqayisədə şagirdin şəxsiyyətinin keyfiyyətcə dəyişməsidir.

Bu, pedaqoji böhranın aradan qaldırılmasını nəzərdə tutan praktikada məlum olmayan didaktik və təhsil proqramlarının peşəkar fəaliyyətə daxil edilməsi sayəsində mümkün olur. İnsanın mənəvi özünü təkmilləşdirməsinə yönəlmiş sosial əhəmiyyətli təcrübə kimi təhsildə innovativ fəaliyyət cəmiyyətdə mövcud olan bütün təcrübə növlərinin transformasiyasını təmin edə bildiyi üçün vacibdir. İnnovativ təlim təkcə öyrənməyə mənfi münasibətdən qaçmaq üçün bir yol deyil. Bu, həm də yeni şərait və situasiyalarda inkişafı nəzərdə tutur. İnnovativ təlimdə iş üsullarının seçilməsinə ciddi yanaşmaq lazımdır. Bu gün bir çox müəllimlər təlim nəticələrinə nail olmaq üçün müasir texnologiyalardan istifadə edirlər.

Təhsil eksperti Elçin Süleymanov:"İnkişaf etmiş ölkələrin müasir təhsil sistemini nəzərdə tutmaq lazımdır. Amma onun eynisinin Azərbaycana gətirmək çətindir. Çünki ölkənin vəziyyəti, mental dəyərləri eyni zamanda infrakstrukturu nəzərə almaq lazımdır. Xüsusilə keyfiyyətli dərslik və təhsil verənlərin yetişməsi bu təhsil sisteminin inkişafına müsbət təsir göstərir. Son illərdə həm direktorların seçimi, həm də müəllimlərin seçimi təhsilin inkşafıba çox müsbət təsir göstərir. Düzdür, sosial şəbəkələrdə bəzi adamlar təhsil sistemimizi təhqir edirlər. Amma ümumi nəticələrə baxanda, hər il ondan öncəki ilə nisbətən göstəricilər yaxşıdır.

Ölkədə 70/75 faizi yeni məktəblər, ya da əsaslı təmir olunmuş məktəblərdir. Və burada dediyim kimi, yaxşı məktəb, direktor, dərsliklər təhsil sisteminə müsbət təsir göstərir. Amma problemlər də var. Yaxşı məktəb idarəçisini seçmək birdən-birə çətin olur. Bəzən müəllimlərdən, bəzən də şagirdlərdən qaynaqlanan problemlər mövcuddur. Amma burada sistemli yanaşmanın tərəfdarıyam. Son illərdə məktəblərdə həyata keçirən müsbət və mənfi addımlar həyata keçirilir. Həm elektronlaşma ilə əlaqədar, həm də "Məktəblinin Dostu" lahiyəsi, diferensial əməkhaqqı sistemi, maaşların artırılması, məktəbdə psixoloq sayının artırılması və s. ölkənin beynəlxalq qiymətləndirmədə də özünü göstərir.

Amma müəyyən qədər dəyişikliklərə ehtiyac var. Düşünürəm ki, birinci növbədə məktəblərdə xüsusilə böyük siniflərdə tədrisə davamiyyətini artırmaq lazımdır.

Universitetlərə qəbul sisteminin məktəb sistemi ilə uyğunlaşması, məktəbdə verilən qiymətlərin qəbula təsiri, məktəblərin şagirdlərin davranışının qiymətləndirilməsi nəzərə almaq lazımdır. Orta məktəblərdəki şagirdlərin davranış nəticələrin qiymətlənməyə təsiri olsun. Başqa bir məsələ də Bakı və Abşeron ərazisində şagird sıxlığının yaşamasıdır. Bu məktəblərdə şagirdlərin bir az azaldılması faydalı ola bilər".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə