Bu gün məktəblilərin qış tətili başa çatır

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili üzrə başlayan qış tətili bu gün başa çatır.

SİA xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edib.

Tətildən sonrakı ilk dərs günü sabah, fevralın 1-də olacaq.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə