“Arzu edirəm ki, bu kitab Azərbaycan ocaqlarında uşaqların təhsilində rolu böyük olsun” - SORĞU

Bu gün Azərbaycan Respublikası Təhsil İnstitutunda “Xalq Bayramları və inancların milli-mənəvi dəyərlərimizin formalaşmasında rolu” - adlı monoqrafiyasının təqdimatı keçirilib. Təqdimatda bir çox təhsil və mədəniyyət ictimaiyyəti iştirak edib. SİA xəbər verir ki, təqdimat öncəsi kitabın müəllifləri kitab barəsində qısa məlumat veriblər:

Filologiya elmləri doktoru, professor Xatirə Bəşirli:

“Bu kitab, əsasən, xalq inancları və bayramları, milli-mənəvi dəyərlərimizin formalaşması və inkişafına həsr olunub. Biz çalışdıq ki, qloballaşan dünyada şagirdlərin, gənclərin milli-mənəvi dəyərlərə bağlanması, məlumatlı olması üçün dərslik-monoqrafiya hazırladıq. Güman edirəm ki, bu kitabın yeni formatı bir neçə il sonra da hazırlanacaq.
Arzu edirəm ki, bu kitab orta məktəblərdə, ali təhsil müəssisələrinin ilk pillələrində, xaricdə yaşayan Azərbaycan diasporunun xətti ilə bütün Azərbaycan ocaqlarında uşaqların təhsilində rolu böyük olsun”.

Təhsil İnstitutunun şöbə müdiri, professor Hümeyir Əhmədov:

“Biz bu kitab üzərində işləməyi iki il idi ki, planlaşdırmışdıq. Bayramlarla bağlı ayrı, milli-mənəvi dəyərlərlə bağlı isə ayrı kitablar mövcuddur. Lakin bunların birgə olduğu kitab yox idi, məhz buna görə də belə bir kitab hazırlamaq qərarına gəldik. Ümidvaram ki, xalqımız, gənclərimiz bu kitabdan yetərli qədər yararlana biləcəklər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə