Tələbələr üçün kompüter zallları fəaliyyət göstərir

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinə təşkil olunmuş meduatur zamanı AzMİU rəhbərliyi və mediatur iştirakçıları 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini izləyiblər. KİV nümayəndələri və tur iştirakçıları imtahan verən tələbələrlə söhbət aparıblar və proseslə bağlı universitet rəhbərliyinə suallar ünvanlayıblar. SİA xəbər verir ki, imtahanlarda bakalavr səviyyəsi üzrə 7658, magistratura səviyyəsi üzrə isə 990 tələbə iştirak edir.

Bakalavr səviyyəsində təhsil alan tələbələr xüsusi qabiliyyət tələb olunan fənlərdən fakültələrdə qabiliyyət, digər fənlərdən yazılı və test üsulu, magistratura səviyyəsində təhsil alan tələbələr isə yazılı, şifahi və test üsulu ilə imtahan verirlər.

İmtahanların yüksək səviyyədə təşkil olunması üçün ümumilikdə 10 auditoriya ayrılıb. Test üsulu ilə imtahan verən tələbələr üçün 180 və 30 kompüterdən ibarət kompüter zallları fəaliyyət göstərir.

İmtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə AzMİU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir. Sessiyanın gedişində universitetdə Açıq Qapı Günləri və mediaturlar təşkili olunur. Eyni zamanda üzrlü səbəblərdən dolayı sessiya zamanı hansısa fənlərdən imtahanlarda iştirak edə bilməyən tələbələr üçün həmin fənlərdən imtahan vermək üçün sessiyadan sonra şərait yaradılacaq.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə