2022-2023-cü tədris ilinin payız semestrində təhsil tələbə kreditindən (TTK) yararlanan tələbələrin statistikası açıqlanıb. SİA xəbər verir ki, Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, bu günə qədər 4265 nəfərə TTK verilib.
Onlardan 1641 nəfərin müraciəti sosial TTK, 2624 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB