Yeni sınaq “Sual kitabçaları” dərc olunub

Yeni sınaq “Sual kitabçaları” dərc olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi vətam orta təhsil səviyyəsi üzrə buraxılış, kollec və alitəhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşanşagird və abituriyentlərə dəstək məqsədilə sınaqimtahanı “Sual kitabçaları” dərc olunub. Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, “Sual kitabçası”ndakı tapşırıqlar tədris ilininyanvar ayınadək olan hissəsini əhatə edir vəAzərbaycan dilində hazırlanıb.

Kitabçada buraxılış imtahanları modelinə uyğunolaraq 3 fənn üzrə 85 test tapşırığı (English - 30, Azərbaycan dili - 30, Riyaziyyat - 25 test tapşırığı) verilib.

Sual kitabçası daxilində rahat ayrılaraq istifadəoluna biləcək unikal iş nömrəsi və QR kod ilə təchizolunmuş “Cavab kartı” yerləşdirilib.

Kitabçanı əldə edənlər “Cavab kartı”ndakı “QR” kodu mobil telefon vasitəsilə oxutmaqla otk.az portalında kitabçanın onlayn imtahan versiyasınaÖDƏNİŞSİZ keçid edib tapşırıqların cavablarınıdaxil etməklə nəticəni (toplanılan balı) öyrənəbilərlər.

Kitabçanı əldə edə bilməyənlər otk.az portalındakitabçanın onlayn imtahan versiyasına da yazılabilərlər.

Bu kitabça vasitəsilə:

- MÜƏLLİMLƏR kitabça və ya kitabçanınonlayn versiyası ilə buraxılış imtahanı fənləri üzrəşagirdlərin biliklərini yoxlaya bilərlər;

- VALİDEYNLƏR kitabça və ya kitabçanınonlayn versiyası vasitəsilə övladlarının ev şəraitindəburaxılış imtahanına hazırlıq səviyyələrini yoxlayabilərlər;

- ŞAGİRDLƏR kitabçada yazılı və ya bukitabçanın onlayn versiyası ilə imtahan verərəkburaxılış imtahanına hazırlıq səviyyələrini yoxlayabilərlər.

“Sual kitabçaları”nı (№1) şəhərin bütün kitabmağazalarından əldə etmək mümkündür. Nəzərinizəçatdırırıq ki, yalnız orijinal sual kitabçalarındanistifadə etdikdə kitabçanın onlayn versiyasına daxilolmaq və sual kitabçası üzrə nəticəni əldə etməkmümkündür.

Kitabçaların qiyməti 5 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə