“Şərqşünaslıq məktəbinin əsası BDU-da qoyulmuşdur“

“Şərqşünaslıq məktəbinin əsası BDU-da qoyulmuşdur“

“Bu gün Bakı Dövlət Universitetinin tarixində əlamətdar günlərdən biridir. Belə ki, universitetin tanınmış fakültələrindən biri olan Şərqşünaslıq fakültəsinin yubileyi münasibəti ilə xüsusi beynəlxalq konfrans keçirilir. Bu konfrans Şərq-Qərb kontekstində şərqşünaslıqla bağlı müxtəlif məsələləri müzakirə edəcək”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında BDU-nun rektoru Elçin Babayev bildirib. Onun sözlərinə görə, filologiya, dilçilik, tarix, fəlsəfə kimi istiqamətlərdə müzakirələr aparılacaq. Konfransda bir neçə ölkədən tanınmış alimlər, rektorlar, prorektorlar iştirak edir. Onların sırasında xüsusi olaraq, Türkiyə, Özbəkistan, Qırğızıstan, Polşadan və digər ölkədən gələn nümayəndələri qeyd etmək istəyirəm.
Şərqşünaslıq məktəbinin əsası BDU-da qoyulmuşdur. Biz çox fəxr edirik ki, Şərqşünaslıq fakültəsinin məzunları hazırda çox mühim vəzifələr üzrə fəaliyyət göstərirlər. Onların sırasında pedaqoqlar, səfirlər də var. Eyni zamanda biz Şərqşünaslıq fakültəsinin fəaliyyətinin yenidən qurulması ilə bağlı da düşünürük. Bugünkü yubiley münasibətilə Şərqşünaslıq fakültəsinin məzunlarını, tələbələrini və bütün professor-müəllim heyətini təbrik edirəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə