100 mindən artıq uşaq STEAM mərkəzlərinə cəlb olunub

“Dəfələrlə müxtəlif bölgələrdə STEAM mərkəzlərinin açılışında olmuşuq. Hazırda yüz mindən biraz artıq uşaq bu mərkəzlərə cəlb olunub”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, plan ondan ibarətdir ki, təxminən 280 minə qədər uşaq ilk mərhələdə STEAM mərkəzlərinə qoşulsunlar: “Bu gün də festivalın böyük açılış mərasimi oldu. Mən inanıram ki, uşaqların belə bir mühitdə olması onların təhsili və gələcəyi üçün olduqca önəmlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə