“Steam Azərbaycan təhsilinin ayrılmaz hissədir” - NAZİR

“Bu gün bu gözəl məkanda böyük bir bayramdır. Biz Azərbaycanlılar olaraq bayramları çox sevirik. Artıq bir neçə ildir ki, bu festival sayəsində qeyd etməyə bir bayramımız daha oldu”. SİA xəbər verir ki, bu sözləri “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”nin açılış mərasimində Elm və Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir mərasimdə iştirak edən 1300 şagirdi hamının adından salamlayıb: “Biz bu yola 2017-ci ilin dekabr aylarında çıxdıq. Bu müddət ərzində Azərbaycan təhsil işçiləri, müəllimləri və xüsusilə də şagirdləri bəlli bir yol qət etdi. Azərbaycanda, İsraildə, Türkiyədə, hətta başqa ölkələrdə də olan əməkdaşlarımıza da öz təşəkkürümü bildirirəm. Steam artıq Azərbaycan təhsilinin ayrılmaz hissədir. Qeyd etmək istəyirəm ki, buradakı şagirdlərin 40 faizə yaxını Azərbaycanın müxtəlif rayonlarını təmsil edir. Bu da layihənin nə qədər uğurlu olduğunu bir daha göstərir. Bütün uşaqlara uğurlar arzu edirəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə