Qazaxıstanlı doktorant Azərbaycanın elmi müəssisəsində təcrübə keçib

Qazaxıstan Respublikası Qorqud Ata adına Qazaxıstanın Qızıl Orda Dövlət Universitetinin doktorantı Ləzzət Koldasova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi təcrübədə olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, institutdan bildirilib ki, doktorant elmi ixtisaslaşma təcrübəsini uğurla başa vurub. Sonda qazaxıstanlı doktorant Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sertifikatı ilə təltif olunub.

Qeyd edək ki, elmi təcrübə Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Qızıl Orda Dövlət Universiteti arasında bağlanmış müqavilə əsasında həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə