"Həsən Mirzəyev öz elmi fikirləri ilə bu gün də sıramızdadır”

“Professor Həsən Mirzəyev bizim elmi, ictimai-siyasi mühitimizin nadir şəxsiyyətlərindən biridir. Azərbaycanın ən çətin günlərində o hər zaman xalqının yanında olub. Hətta elmi fəaliyyətində belə onun ictimai fəallığı özünü göstərir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib. Onun sözlərinə görə, xüsusilə 1988-ci ildə başlayan proseslərdə Həsən müəllim yaxından iştirak edib: “Qərbi Azərbaycanda xalqımızın nümayəndələrinə qarşı törədilən cinayətlərə qarşı həmin dövrdə Həsən müəllim bir an belə dayanmayıb. O, bu zamanlarda hər zaman xalqın yanında olub. Həsən müəllim siyasi məsələlərdə də həmişə öndə gedən şəxsiyyətlərimizdən olub.

1992-ci il oktyabrın 16-da Ulu Öndərin Bakıya dəvət edilməsi ilə bağlı imzalanan müraciətdə də Həsən müəllim də əsas təşkilatçılardan biri olub.

Həsən Mirzəyev mənim üçün heç vaxt unutmadığım və unutmayacağım insanlardandır. Mən bu gün özümü xoşbəxt hiss edirəm ki, Həsən müəllimin böyük zəhmətlə tərtib edib, hazırladığı dörd cildlik külliyatının nəşr olunması prosesində iştirak etmişəm. Həmin dövrdə də Həsən Mirzəyevin necə bir böyük arxiv mədəniyyətinə sahib olduğunun şahidi olmuşam. Həsən müəllim öz ideyaları, elmi fikirləri ilə bu gün də sıramızdadır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə