Noyabrın 20-si 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətilinin son günüdür. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən bildirilib.
Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilib.
Xatırladaq ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB