''Abdülhamid Han'' gəmisi Taşucu limanında lövbər saldı

''Abdülhamid Han'' gəmisi Taşucu limanında lövbər saldı

Türkiyənin axtarış-kəşfiyyat fəaliyyətlərində iştirak edən 4-cü qazma gəmisi ''Abdülhamid Han'' təmir işləri ilə əlaqədar Mersindəki Taşucu limanında lövbər saldı. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə avqustun 9-da Taşucu limanında təşkil edilən mərasimlə yola salınan “Abdülhamid Han” qazma gəmisi Aralıq dənizindəki Yörüklər-1 yatağındakı axtarış-kəşfiyyat işlərini yekunlaşdırıb.
Mersinə qayıdan 238 metr uzunluğunda, 42 metr enində olan gəmi Taşucu limanı sahillərində lövbər saldı.
Qeyd edək ki, gəmi təmir işləri ilə əlaqədar Taşucu limanına yan aldı.

Bütün xəbərlər Facebook səhifəmizdə