İngiltərə Bankı faiz dərəcələrini 75 baza bəndi artıraraq, son 33 ilin ən böyük artımını göstərib. SİA xəbər verir ki, faiz dərəcəsi 2,25 faizdən 3 faizə yüksəlib. Bu, ötən ilin dekabrından bəri səkkizinci faiz artımıdır.
Son 14 ilin ən yüksək faizinə çatan İngiltərədə bundan inflyasiya və mənzil faiz dərəcələrinin təsirlənəcəyi gözlənilir. Sentyabrın 22-də İngiltərə Bankı faiz dərəcələrini 50 bənd artıraraq 2,25 faizə çatdırıb.
Analitiklərin fikrincə, gələn il ölkədə faiz dərəcələri 4,75 faiz ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB