"“Yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlər görülür” - PƏRVİZ ŞAHBAZOV

"“Yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlər görülür” - PƏRVİZ ŞAHBAZOV

“İşğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunan konfransda deyib.

Nazir qeyd edib ki, bu konsepsiya investorlar da daxil olmaqla hər kəs üçün bu bölgəni ekoloji cəhətdən təmiz enerji ilə təchiz edəcək böyükmiqyaslı fəaliyyətin aydın mənzərəsini yaradır. Bu ərazilərin bərpa olunan enerji mənbələri üzrə potensialı 10 min meqavata yaxındır. Bu potensial əsasında 4 il ərzində ümumi gücü 780 MVt olan külək, günəş və iri su elektrik stansiyalarının inşası nəzərdə tutulur. Bu istiqamətdə, hazırda bp şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 mln. kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyası layihəsi üzrə işlər aparılır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə