“Türk Hava Yolları” Lənkərana uçuşlar həyata keçirməyi planlaşdırır
Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” (THY) şirkəti Lənkəran Beynəlxalq Hava Limanına uçuşlar həyata keçirməyi planlaşdırır.
SİA bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Bununla belə, aviareyslərin yerinə yetirilməsinə nə vaxtdan başlanacağı məlum deyil.
THY Lənkəranla yanaşı, Amerikada 5, Avropada 10, Asiya-Sakit okean regionunda 6, Afrika və Yaxın Şərq regionunda isə 7 istiqaməti marşrut hədəfi seçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB