Avrozonada illik inflyasiya rekord qırıb

Avrozonada illik inflyasiya rekord qırıb

Oktyabr ayında Avrozonada illik inflyasiya enerji qiymətlərindəki artım səbəbiylə 10,7 faiz ilə rekord səviyyəyə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa Statistika İdarəsi (Eurostat) Avrozonanın oktyabr ayı üzrə illik inflyasiya göstəricilərini açıqlayıb.

Buna görə Avrozonada sentyabrda 9,9 faiz olan illik inflyasiya oktyabrda 10,7 faizə yüksəlib.

Oktyabrda Avrozonada ən yüksək illik inflyasiya 41,9 faiz ilə enerji sektorunda olub. Enerjini 13,1 faizlə qida, spirt və tütün məmulatları, 6 faizlə qeyri-enerji sənayesi məhsulları və 4,4 faizlə xidmətlər izləyib.

Beləliklə, Avrozonada oktyabr ayında inflyasiya Eurostat tərəfindən məlumatların toplandığı son 25 ildən bəri ölçülən ən yüksək səviyyəyə çatıb.

Avrozonakı 11 ölkədə ikirəqəmli inflyasiya 3 ölkədə 20 faizi keçib.

Bazar gözləntiləri Avrozonada inflyasiyanın oktyabr ayında 10,2 faiz olacağı idi. Elan edilən məlumatlar bazar gözləntilərini üstələyib.

Bölgədə son aylarda pik həddinə çatan inflyasiya Avropa Mərkəzi Bankının (AMB) 2 faizlik hədəfinin üstündədir.

Bütün xəbərlər Facebook səhifəmizdə