Oktyabr ayının 28-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, palatadan bildirilib ki, iclasda Kollegiyanın gündəliyinə çıxarılmış "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi"nin, "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi"nin və "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi"nin layihələrinin rəylərinə baxılıb, ətraflı müzakirə edildikdən sonra təsdiqlənib və müvafiq qaydada Azərbaycan Respublikası Milli Məclisinə göndərilib.
Daha sonra Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB