Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

Sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında (AMB) attestasiyalar keçirilib.
AMB-dan SİA-ya bildirilib ki, nəticələrə əsasən attestasiyada iştirak edən 3 namizəddən 2-si keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə