Xam neft hasilatı 543 min barel olub

Sentyabrda ölkədə xam neft hasilatı 543 min barel olub. Energetika Nazirliyindən SİA-ya verilən məlumata görə, 2022-ci ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 654 min barrel olub.

Bunun 543 min barrelini xam neft, 111 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılmasını nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə