"Enerji böhranı ilə üzləşməmək üçün birlikdə çalışmalıyıq" - İtaliyanın Baş naziri

İtaliya, Polşa, Yunanıstan və Belçika Avropa İttifaqı (Aİ) daxilində qaz üçün dinamik qiymət təklif etmək üçün hərəkətə keçdiklərini açıqladılar. SİA xəbər verir ki, İtaliya, Polşa, Yunanıstan və Belçika Aİ-də qazın dinamik tavan qiymətini təklif edən qeyri-rəsmi sənəd imzalayıb. Bu barədə İtaliyanın "ANSA" agentliyi xəbər verib.

Bildirilib ki, sözügedən təklif xam neftin qiyməti kimi xarici parametrlər əsasında yenidən nəzərdən keçirilə bilən mərkəzi dəyər təyin etmək mümkün olan “dinamik dəhliz” yaradılmasına yönəlib. Bu arada, Avropa Siyasi Birliyinin toplantısı üçün Çexiyanın paytaxtı Praqada olan İtaliyanın Baş naziri Mario Draqi “enerji, iqlim və iqtisadiyyat” mövzusunda dəyirmi masa iclasında çıxışında Aİ olaraq enerji böhranı ilə birlikdə üzləşməyin vacibliyini vurğulayıb: "Biz enerji böhranı ilə üzləşməmək üçün birlikdə çalışmalıyıq. Biz bunu ayrıca edə bilərik, lakin Avropada birliyimizi itirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə