Səudiyyə Ərəbistanı Avropa üçün neftin qiymətini aşağı salır

...Səudiyyənin enerji şirkəti “Saudi Aramco” noyabr ayında Avropa üçün “Arab Light” markalı neftin qiymətini aşağı salsa da, ABŞ üçün bahalaşdırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Bloomberg” yayıb.

Verilən xəbərlərə görə, Avropa bazarı üçün neftin qiyməti 1,8 dollar ucuzlaşıb. Qeyd edək ki, əvvəllər treyderlər OPEC+-ın son qərarı fonunda Avropa İttifaqı üçün “Arab Light” neftinin bir barrelinin 0,4 dollar bahalaşacağını proqnozlaşdırmışdılar.

Eyni zamanda, Səudiyyə Ərəbistanından gələn neft ABŞ üçün bir qədər bahalaşıb, elə də çox yox, sadəcə... 0,2 dollar.

Qeyd edək ki, dövlətin nəzarətində olan “Saudi Aramco”, noyabr ayı üçün Asiyaya əsas “Arab Light” tədarükünü bu aydan dəyişməyərək bir barel üçün 5,85 dollar səviyyəsində regional göstəricidən yuxarıda saxladı.

Onu da xatırladaq ki, oktyabrın 5-də OPEC+ gündəlik neft hasilatını 2 milyon barel azaltmağa razılaşıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə