İnsanlar daha məsuliyyətli olmalıdırlar - AÇIQLAMA

Qatarlarda xəbərdarlıq edilməsinə baxmayaraq bəzi vətəndaşlar yan oturacağa öz şəxsi əşyalarını qoyaraq, digər sərnişinlərin əyləşməsinə mane olurlar. Bu hallara qarşı necə mübarizə aparılır?

SİA-nın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, ictimai nəqliyyatda hər bir sərnişinin əməl etməli olduğu müəyyən davranış qaydaları var. Bu, demək olar ki, bütün ölkələrdə eynidir. Oturacaqlarda ilk növbədə əlillərin, yaşlı insanların və uşaqların oturması arzuolunandır. Sərnişinlərin şəxsi çantalarını yan oturacağa qoyaraq digər sərnişinlərin oturmasına mane olması isə arzuolunan hal deyil. Digər ictimai nəqliyyat növlərində (metro, avtobus və s.) olduğu kimi qatarlarda da bu, sərnişinlərin daxili məsuliyyətindən irəli gələn məsələdir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə