Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə keçirilib - FOTOLAR

​Dövlət Ekoloji Ekspertiza Agentliyində yerli icra hakimiyyəti orqanları və bələdiyyə qurumlarının yaşıllıqların monotorinqi, mühafizəsi və onların götürülməsi üçün mövcud prosedurların izahı, rayon icra hakimiyyətinin bu sahədə üzərinə düşən öhdəliklərin müzakirəsi məqsədi ilə Nəsimi, Nizami və Xətai rayon icra hakimiyyəti rəsmilərinin, bələdiyyə nümayəndələrinin, həmçinin media təmsilçilərinin iştirakı ilə növbəti ictimai dinləmə keçirilib. ​Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov SİA-ya bildirib ki, görüşdə yaşıllıqların götürülməsinə dair ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi, bələdiyyə və icra hakimiyyəti orqanlarına yaşıllığın götürülməsi üçün verilmiş rəylərin icra vəziyyətinin müzakirəsi, yerli icra orqanlarının üzərinə düşən vəzifə və öhdəlikər müzakirə olunub, müraciətlərin operativ cavablandırılması, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması sahəsində fikir mübadiləsi aparılıb.

​"Ərazilərdə mövcud yaşıllıqların mülkiyyətçiləri olan bələdiyyələr, icra hakimiyyəti orqanları tərəfindən ağac və kolların cari vəziyyəti ilə bağlı mütəmadi monitorinqlərin keçirilməsi, xüsusən təhlükə yaradan, xəstə, qurumuş ağacların vaxtında aşkarlanaraq müvafiq addımların atılması ətrafında rəylər bildirilib, sonrakı fəaliyyət haqqında, praktikada ortaya çıxan problemlər barədə müzakirələr aparılıb".

​M.Qənbərov qeyd edib ki, Agentlik tərəfindən mütəmadi olaraq Bakı şəhərində və regionlarda bu cür maarifləndirici ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə