"Azərbaycanın yeni tarixində neft və qazın böyük rolu var" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın yeni tarixində neft və qazın böyük rolu var" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İstər SSRİ dövründə, istərsə də indiki dövrdə Azərbaycanda neft və qazın böyük rolu var". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, İkinci Dünya Müharibəsi zamanı Azərbaycan SSRİ ordusunun yanacağının təxminən 75-85%-ni qarşılayırdı: "Bu, tarixi və danılmaz rəqəmlərdir. SSRİ vaxtında insanların bir çox neft sənayesində işləyirdilər. Azərbaycanlı mütəxəssislər dünyanın bir neçə ölkəsində neft və qaz sənayesi istiqamətində işləyiblər. Azərbaycanın yeni tarixində neft və qazın böyük rolu var. Bunu birmənalı olaraq son 50 ildə neft və qaz sənayesinin inkişafı Ümummilli Lider Heydər Əliyevin səyi nəticəsində oldu. Bu gün biz neft tranziti ilə də məşğuluq. Artıq Azərbaycanda neft sahəsində böyük layihələr həyata keçirilir. 20 sentyabr Neftçilər Günü münasibətilə neft sahəsində çalışan bütün neftçiləri təbrik edirəm”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə