Dünya bazarındakı artım ölkədə necə hiss olunur? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

Dünya bazarındakı artım ölkədə necə hiss olunur? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“Son 2 ildə dünya bazarında qiymətlər artıb azala bilər. Lakin son 1 ayda olan qiymətlərdə artım müşahidə olunur”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

İqtisadçı-ekspert qeyd edib ki, artımları mağazalarda, bazarlarda, yanacaqdoldurma məntəqələrində ümumilikdə isə gündəlik həyatımıza açıq-açkar şəkildə hiss olunur: “2021-ci ildə yanacağın bir hissəsi, 2022-ci ildə isə digər hissəsində artım müşahidə olundu. Çörəyin qiymətində də eyni artım müşahidə edilir. Ölkə statistika komitəsinin son dönəmlərdə çıxartmış olduğu siyahiya nəzər salsaq ölkədəki 12 faiz inflyasiya artıq 13 faizin üstündədir, ərzaq qiymətləri isə 12 aylıq inflyasiyaya görə 21 faizi keçir və s. Təbii olaraq bütün bunlar hər kəsin həyatında kəskin şəkildə hiss olunur. Belə olduğu halda da pul dəyərini itirir, xərclər artır. Sosial təbəqənin həssas qruplarına aid olan insanların isə vəziyyəti getdikcə ağırlaşır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə