Süd və broyler məhsullarında növbəti bahalaşma gözlənilirmi? - DİQQƏT! - İQTİSADÇI AÇIQLADI
“Hazırda dünyada baş verən iqtisadi problemlər, o cümlədən də konkret olaraq artan inflyasiya meyilləri təbii ki, ərzaq məhsullarında özünü daha çox göstərir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, ərzaq məhsullarının içərisində süd məhsulları və broylerin xüsusi çəkisi kifayət qədər yuxarıdır: “Bu baxımdan düşünürəm ki, bu məhsulların qiymətində artımlar müşahidə ediləcək. Ələlxüsus yem və dənli bitkilərinin qiymətinin qalxması kənd təsərrüfatı məhsullarının qiymətinin qalxması ilə nəticələnəcək. Düşünürəm ki, gələn ilin aprel və may aylarına qədər inflyasiya nisbətən sabitləşəcək. Amma həmin vaxta qədər müəyyən artımlar müşahidə edilə bilər”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB